MİLLİ MENTALİTETİMİZ
30, Yasamal, Azerbaidzhan

Müasir ölkədən danışmayın siz,
Əcəb mentalitet qorunmaqdadı.
Dünən qızlarımız oxuyurdusa,
Bu gün qızlarımız soyunmaqdadı.

Tarixi unutduq gələcək gəlir,
Qanımız misqalla sorulmaqdadı.
Pozğun qadınları anladıq amma,
Bu gün kişilər də soyunmaqdadı.

Beyində elm yox, məqsədi fərqli,
Günəş utandığından qızarmaqdadı.
Savadlı gəncliyim təhsil evində,
Sahildə min hoqqa çıxarmaqdadı.

Qarnı tox, gözləri ac olan insan,
Bu millət tox olub doymamaqdadı.
Ərlər fəhləlikdə çörək dalınca,
Gəlinlər qeyrətlə oynamamdadı.
Mollamız manatla Quran oxuyur,
Satıcı çəkidə atmağındadı.
Qadınlar evində körpə böyüdür,
Ərləri oteldə yatmağındadı.

Mənliyi, qüruru atıb kənara,
Vicdanı çirk pula satasatdayıq.
Adını Avropa qoyub hər şeyin,
Biz indi qeyrətdən batabatdayıq.

87 views
 
Komente
Emin 24.02.2016

Düz deyib kim deyirsə

Ditar
Blogët shkarkohen çdo 5 minuta