10.03.2016
DOĞMA BAKIM
30, Yasamal, Azerbaidzhan

Küləklər şəhəri onun adı Bakı

Günəşli səhəri, boranlı axşamı
Yayılır hər yerə onun adı sanı
Yalnızca tanınan yer Qız Qalası
Xəzər dənizinə sən olmusan bənd
Bəzi yerlərin fərqlənmir şəhər, kənd
Gənclərin passivdi, yaşlıların ləng
Həkimi, polisi, müəllimi hamısı həmrəng
Kor oldu gözünüz görmədi heçnə?
Söküldü abidələr nə tikildi yerinə?
Kitab evi bağlanıb yerinə açılır club
Taptalanır azadlıq, taptalanır hüquq
İçərişəhərdə yaşayır əcnəbi
Qarabağdan öncə ver mənə şəhəri
Sənin nə günahın vardıydı, ay Bakı?
Canım sənə qurban olmasın vay Bakı.

Salam Bakım, şəhərim necəsən?
Bu gün də sənin görüşünə gəlmişəm
Danış mənə varmı dərdin?
Nədir axı səni bu qədər qocaldan?
Dəyişib yolların aparmır daha həminki doğma küçələrə
Gözləmirəm artıq qışı ki, qayıdaq bir də tamam əvvələ
Yox yoxdu köhnə pəncərəm yerində indi hündür villalar
Solub güllərin də baxırsan mənə my city çox uzaqdan.

Gözü kor Bakı, dili lal Bakı
Qulağı kar və yox kimi var Bakı
Euro stildə düşüncəsi dar
Sənin tində, dalanda yerin var Bakı
Neftivi ver, torpağı sat, atəşi kəs
Buna qarşı çıxanların da səsini kəs
Səkidə də maşın, piyada yolunda tıxac
Ac toxa möhtacdı, kimdən diləyək əlac?
Hərəyə birini ək, sula, sonra böyüt-kəs ağac
Məmurun cibinə uyğun sakinə yazsın sayğac
Ev sahibinin evini qanunsuz olaraq sök
Özümüzə qarşı içimizdə nifrət salıb kök
Külək əsir və bütün bayraqlar dalğalanır
Yaltaq, qorxaq adıyla Azərbaycan damğalanır
Europalaşmağ üçün hər şeyi düz, qoş, et, Bakı
Ya bir dəfəlik qal, ya da əbədi get, Bakı.
Bura deyil nə Beverli Xills, nədə ki Mantanegro
Bura küləklər şəhəri qorx buranın oyunlarından
Bakının xoşuna gəlsən sənə deyəcək teamo
Bu şəhərdə şeytanlar qorxur insanlardan
Buranın fironları sürüyür qullarını
Yekəqarın daydaylar qoruyur pullarını
Bakı əhli kef eliyir bahalı restoranlar
Brendde qlamurkalar maşınlar və çirkli pullar
Bu şəhərdə ürək qoydum ama onu məhv elədin
Mənə doğma hisslərin səbəbi küləklərdi
İndi son sətirlər son misra son sözlərim
Bağışla doğma şəhər ki səni pislədim
Amma ki, bacarmıram burda qala bilmirəm
Bu küçələrə aid deyil artıq mənim izlərim.

0 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta