De, necə barışım mən bu zamanla?
38, Nizami, Azerbaidzhan

Ədalət şam kimi əriyir, ALLAH

Zor haqqı divara dirəyir, ALLAH

Yalan ayaq açıb yeriyir, ALLAH

Bacara bilmirsə doğru yalanla

De, necə barışım mən bu zamanla?

Mərdlərin başını namərdlər yeyir

Şərə göz vermiyib, göz yumur xeyir

Gədalar özünə şahən şah deyir

Yaxşılar iş görür pislə, yamanla

De, necə barışım mən bu zamanla?

Ürəklər soyuyub olub buz kimi

Namus çeynənilir bir saqqız kimi

On ilin pozğunu təmiz qız kimi

Gəlin köçürən var toyla, nişanla

De, necə barışım mən bu zamanla?

Bığsız kişiləri, el ağsaqqalı

Elmdən dən vurur ağıldan kalı

Pələngə tay olub çaqqal, çuqqalı

Qoyunu aşnalıq edir qabanla

De, necə barışım mən bu zamanla?

Qeyrət çoxları üçün olub qeyri-ət

Bir milyon qaçqını olan bu millət

Dözüb, səbr eyləyir dəhşətdi-dəhşət

Yuya bilmiriksə biz qanı-qanla

De, necə barışım mən bu zamanla?

Ramil Səfərova azaddıq, hanı?

Verdik yad əllərə o mərd oğlanı

ALLAH yerə soxsun azərbaycanı

Bu həyalı canla, bu həyacanla

De, necə barışım mən bu zamanla?

İndi bir şüar var, yaşasın rüşvət

Başda vəzifədir, ayaqda qeyrət

Bu yolla haraya gedir bu millət

Yolu kəsmək olmur hətta Quranla

De, necə barışım mən bu zamanla?

Ata, anasını oğraşlar bu gün

Qocalar evinə edirsə sürgün

Qarabağ alınar? Bu qeyri-mümkün

Dünyanı titrədən ahu fəğanla

De, necə barışım mən bu zamanla?

Hər kəs öz xeyrin güdür həyatda

Bu işə ALLAH da mat qalıb hətta

İki doğma qardaş bu damın altda

Bir ocaq yandırır iki qazanla

De, necə barışım mən bu zamanla?

Haqqa yox, indi nəfsədir etiqad

Bir kimsə yoxsula etməyir imdad

Varlı öz dövlətin çəkdirir ey Dad

Kasıb öz çəkisini çəkən qapanla

De, necə barışım mən bu zamanla?

Varlı süfrəsində olan tox milçək

Görür ac kasıbdan hörmətdə yüksək

Pul üçün fağıra hansısa eşşək

Əgər əmr edirsə xoruz tək banla

De, necə barışım mən bu zamanla?

Kasıb nə deyirsə, əşi deyirlər

Dəlidi, işləmir başı deyirlər

İndi dövlətdiyə kişi deyirlər

Mənlik ölçülürsə dövlətlə-şanla

De, necə barışım mən bu zamanla?

Yayın istisində, qışın qarında

Kişi var yaşatmaq intizarında

Neft-qaz ölkəsində qul bazarında

Eşşək tək işləyir çulla, palanla

De, necə barışım mən bu zamanla?

Avropa dəbinə olandan kölə

Ar zibil şəklində atılıb çölə

Adam xəcalətdən az qalır ölə

Dar balaq şalvarla, yarıq tumanla

De, necə barışım mən bu zamanla?

Mən vəhşi çimərlik gördüm bu yayda

Diqqət! Fahişəxana tikilir ayda

Ata Moskvada, ana Dubayda

Oğul parapetdə, qız özcanla

De, necə barışım mən bu zamanla?

Şairlər yazmasın sevgi şerini

Məcnunlar bulvarda gəzir Leylini

Erkəklər erkəyə salır meylini

Nigah bağlıyırsa Zənan-Sənanla

De, necə barışım mən bu zamanla?

Kişi var ev satıb qız kirələyir

Firrenni moteldə can şirələyir

Arvad uşağısa baş girələyir

Bir parça çörəklə, bir baş soğanla

De, necə barışım mən bu zamanla?

Arvad var ərinin sözünə baxmır

Ər var arvadının üzünə baxmır

Bu dünya güzgüdə özünə baxmır

Hanı Nuh Peyğəmbər gəlsin tufanla

De, necə barışım mən bu zamanla?

Məmurlar Firon tək əyləşib taxtda

Torpaq qanununun icrası saxta

Kompüter texnika olan bu vaxtda

Kəndli yer şumlayır xışla, tokanla

De, necə barışım mən bu zamanla?

Cinayət törədən hakim bizdədir

Xəstəsin öldürən həkim bizdədir

Özünü kəşf etməyən alim bizdədir

Bu əsəbi başla, bu dərdli canla

De, necə barışım mən bu zamanla?

Gerayin saqqızdı yoxsa marojni

Görən hara baxır bizim tamojni

Xalqın cavanları ex kak palojni

Yeni əsrə gedir əldə bayanla

De, necə barışım mən bu zamanla?

Cengi bata-bata batır zatımız

Yallı yox caz gedir camaatımız

Məhv olmaq üzrədir muğamatımız

Əgər küsmüşüksə tarla, kamanla

De, necə barışım mən bu zamanla?

Güldürüb özünə şarlatanları

Birləşmir dünyanın Müsəlmanları

Mənə fitva versin din ürfanları

İki təriqətlə, iki azanla

De, necə barışım mən bu zamanla?

Azmıdır bu xalqın din işğalçısı

Dələduz mollası, gopçu falçısı

Hacı pivəsinin istehsalçısı

Saziş bağlayırsa dini dükanla

De, necə barışım mən bu zamanla?

Dinlədikcə şeytan çalan havanı

Eyləyirik haqqa qarşı dabanı

Çoxu məhşərdəki haqqı divanı

Səhv salır embavuddakı divanla

De, necə barışım mən bu zamanla?

Mən Nəsimi övladıyam ar arsız

Sizə qalsa lap dərimi soyarsız

Kəfənimə qələm, vərəq qoyarsız

Haqq Dünyasın gözləyirəm gümanla

De, necə barışım mən bu zamanla?

Xəyala dalıram bir an içində

Günahsız əllərim al-qan içində

Bu şeri yazmışam zindan içində

Mən şair Ramizəm, az məni danla

Barışan deyiləm mən bu zamanla!

47 views
 
Komente
ayaz23 23.01.2011

Barisan deyilem men bu zamanla...

Ditar
Blogët shkarkohen çdo 5 minuta