ALLAHIM SƏNİ ÇOX SEVİRƏM!!!
34, Nakhchivan, Azerbaidzhan

Dedim: Çox tənhayam.

Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)

Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.

Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)

Dedim: Bu da Sənin köməyini istəyər.

Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: “İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.

Sən də: “Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)



Öz-özümə dedim: Allahım, Səni çox sevirəm.

 

Bu yazı internetdə qarşıma çıxdı, mən çox bəyəndim. Əminəm ki sizlər də bəyənəcəksiniz... 

219 views
 
Komente
SeNaToR 06.06.2010

Allah razi olsun qardas cox eladi, ellerin canin dert gormesin

qardaw19 qardaw19 06.06.2010

Cox sagol qardawim. cox sagol... *HI* *YES*

Zahir Memmedov 03.06.2010

Allahım, Səni çox sevirəm.

SEDA 02.06.2010

*THUMBS UP* menim bloqum da beledi ancaq men yarimciq qoymuwdum bunu

qardaw19 qardaw19 02.06.2010

*HI* *YES*

ayaz23 01.06.2010

Allah razi olsun qardasim :-)

qardaw19 qardaw19 01.06.2010

cox sagol qardawim oxudugun ucun... :-)

Boss 01.06.2010

QAQAM MARAQLİ BLOQDU....ALLAH SENDEN RAZİ OLSUN :-)

qardaw19 qardaw19 01.06.2010

cox sagol dost...

araz007 12.06.2010

Allah razi olsun

Ditar
Blogët shkarkohen çdo 5 minuta