Mükafatı Cənnət olan əməllər (hədislər əsasında)
37, Əzizbəyov, Azerbaidzhan

Mükafatı Cənnət olan əməllər (hədislər əsasında)

1. Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun!) rəvayət edir ki, eBir kişi Peyğəmbərə (Allahın salamı və xeyir-duası ona olsun!) dedi: Ey Allahın rəsulu, mənə Cənnəti bəxş edəcək bir əməl öyrət. Peyğəmbər ona dedi: Allaha ibadət et, ona şərik qoşma, namaz qıl, zəkatını ver, qohumlarla əlaqəni kəsmə (Buxari, 1396, 5983).


2. Səhl ibn Sə`d (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!): Mən və yetimi himayəyə götürən Cənnətdə, bax, belədir - deyərək orta və şəhadət barmaqlarını göstərdi (Buxari, 6005).

3. İbn Abbas (Allah ondan razı olsun!) rəvayət edir ki, Allahın rəsulu (Allahın salamı və xeyir-duası ona olsun!) buyurub: İki qızı olub onlara yaxşı tərbiyə verən elə bir müsəlman yoxdur ki, qızlarından dolayı Cənnətə getməsin (Buxari, 77; İbn Macə, 3670).

4. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) Rəsulullahın (Allahın salamı və xeyir-duası ona olsun!) belə dediyini rəvayət edir: Kim Allahdan bir rəbb, İslamdan bir din, Məhəmməddən də bir peyğəmbər kimi razı qaldım! (Ərəbcəsi: Raditu billəhi rabbən və bil-isləmi dinən və bi Muhəmmədin rasulən. - deyərsə, Cənnət onun üçün qaçılmaz olar (Əbu Davud, 1529).

5. Üqbə ibn Amir əl-Cühəni (Allah ondan razı olsun!) rəvayət edir ki, Allahın rəsulu (Allahın salamı və xeyir-duası ona olsun!) buyurub: Gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılan və namazına bütün qəlbi ilə bağlanan elə bir müsəlman yoxdur ki, ona Cənnət bəxş edilməsin (Müslim. Təmizlik babı, 234).

6. Əbu əl-Əsvəd əd-Duvəli (Allah ondan razı olsun!) deyir ki, Mədinədə idim. Şəhərdə xəstəlik hökm sürürdü. İnsanlar tez-tez ölürdülər. Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun!) yanında oturmuşdum. Bu zaman bir cənazə yanımızdan keçdi və inanlar onu xeyir-dua ilə andılar. Ömər: Vacibdir - dedi. Sonra başqaşını apardılar. Onu da xeyir-dua ilə yad etdilər. Ömər yenə də: Vacibdir - dedi. Başqa bir cənazə də keçdi. Onu da yaxşı şəkildə andılar. Ömər bu dəfə də: Vacibdir - dedi. Mən soruşdum: Ey möminlərin əmiri, nə vacibdir, axı? Ömər cavab verdi: Mən Rəsulullahın (Allahın salamı və xeyir-duası ona olsun!) dediyi kimi dedim. O buyurub: Bir müsəlman üçün onun xeyrinə dörd kərə şahidlik edilərsə, Allah onu Cənnətə salar. (Biz Peyğəmbərdən) soruşduq: Bəs üç kərə (edilsə, necə)? Peyğəmbər: Üç kərə olsa belə - dedi. Yenə soruşduq: Bəs, iki kərə (edilsə, necə)? Peyğəmbər yenə də: İki kərə olsa belə) - dedi. ondan bir dəfə barəsində isə soruşmadıq (Buxari, 2643).

7. Əbu Hüreyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbərlə (Allahın salamı və xeyir-duası ona olsun!) birlikdə idik. Peyğəmbər: Qul huvəl-lahu əhəd, Allahus-saməd, ləm yəlid və ləm yuləd, və ləm yəkul-ləhu kufuvən əhəd surəsini oxuyan bir kişinin səsini eşitdi və dedi: Vacib oldu. Mən soruşdum: Nə vacib pldu, Ey Allahın rəsulu? O da: Cənnət deyə cavab verdi (Tirmizi, 2899; Hakim. Müstədrək.

8. Həntələ əl-Katib (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun!) belə dediyini eşitdim: Kim boş vaxt namaza, onun rükularına, səcdələrinə, dəstəmazlarına və vaxtlı-vaxtında qılınmasına riayət edib onların Allahdan bir haqq olduğunu qəbul etsə, Cənnət ona vacib olar (Başqa rəvayətdə isə Cəhənnəm ona haram olar cümləsi yer alıb) (Əhməd. Müsnəd, 4/267; 18261).

9. Ənəs ibn Malik (Allah ondan razı olsun!) rəvayət edir ki, Allahın rəsulu (Allahın salamı və xeyir-duası ona olsun!) deyib: Bir müsəlman vəfat etdiyi zaman onu doğru sözlü üç nəfər xoşhallıqla yad edərsə, Allah onu bü üç nəfərə olan lütfü sayəsində Cənnətə salar (Buxari, 1248).

10. Əmr ibn Malik əl-Qüşeyri (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmğərin (Allahın salamı və xeyir-duası ona olsun!) belə dediyini eşitdim: Kim bir yetimi himayədarlarından alıb onun yemək və içməyini təmin edərsə, Allah onun varını artırar, ona Cənnəti vacib edər (Əhməd, Əl-Heysəmi, 8/139).

11. Allahın rəsulu (Allahın salamı və xeyir-duası ona olsun!) bir hədisində buyurub: Cənnətə layiq bir kişi gördüm. Yol üzərində insanlara əziyyət verən bir ağacı kəsdiyi üçün buna layiq görülmüşdü (Müslim).

12. İslam peyğəmbərinin (Allahın salamı və xeyir-duası ona olsun!) bir hədisində deyilir: Kim davamlı olaraq 12 rükətlik sünnə namazlarını - günorta namazının ilk 4 və son 2 rükət sünnələrini, axşam (məğrib) namazının 2 rükət son sünnəsini, yatsı namazınnı son 2 rükət sünnəsini və sübh namazının ilk 2 rükət sünnəsini qılarsa, Allah Cənnətdə onun üçün bir ev tikər.

13. Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun!) bir hədisində oxuyuruq: Allah təala deyər: Ən yaxın dostunu dünya əhlindən ayırdığım zaman bunu ixlasla başa düşən elə bir qulum yoxdur ki, ona Cənnəti bəxş etməyim (Buxari, Əhməd).

(Məqalə Əbdülqadir əl-Ərnautinin Mükafatı bağışlanma və Cənnət olan 100 əməl və Əli Əbdüləli ət-Təhtavinin Qadına Cənnəti bəxş edəcək 33 səbəb adlı kitablarından tərcümə edilmiş hədislər əsasında hazırlanmışdır).

8 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta