16.06.2011
butun heyatim
37, Əzizbəyov, Azerbaidzhan

 Qaranlıq üstümə gəlir.İndi başa düşürəm kəfən yalnız dirilər üçün ağdır.
Dar məzarda qiyamətə kimi qalacam deyəsən.
Bütün həyatımı fikirləşirəm,görəsən günahlarım çox olub?
Doğuldum ciyərlərimə havanın dolması üçün.
1 yaşımda mənə süd vermələri üçün ağladım.4 yaşımda ən çox məni sevmələri üçün
ağladım.6 yaşımda məni məktəbə qoydular.Ətrafımdakıları tanımadığım üçün ağladım.
10 yaşımda ilk “2”mi almışdım.Hamının içində ağladım.16 yaşımda ilk sevgimi tapdım.
Mənə xəyanət elədikləri üçün ağladım.18 yaşımda universitetə girə bilmədim.
Utandığım üçün ağladım.
21 yaşımda ailə həyatı qurdum,anamdan ayrılacağım üçün ağladım.
31 yaşımda mənə iftira atdılar,yaxınlarım inanmadığı üçün ağladım.
45 yaşımda yeganə övladım evdən qaçdı,çəkdiyim əziyyətlərə görə ağladım.
55 yaşımda həyat yoldaşım xərcəng xəstəliyindən vəfat etdı,
ilk dəfə özümü tək hiss etdiyim üçün ağladım.
63 yaşımda qocalar evində mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım.
 

4 views
 
Komente
jale--85 16.06.2011

Allah bizi o gunden saxlasin.atam hemiwe deyir ki YA Rebbim olumun de xeyirlisini ver

kisi-olun kisi-olun 16.06.2011

insallah.. insallah

Ditar
Blogët shkarkohen çdo 5 minuta