11.04.2012
Od və su
35, Roseau, Dominica

Od bir gün suyu görmüş uca dağların arxasında
sevdalanmış onun dəli dalğalarına.
Tündxasiyyət tündxasiyyət qayalara vuruşuna, ürəyindəki duruluğa
Demiş ki suya: Gəl sevdalım ol, Həyatıma məna verən möcüzəm ol...

Su dözə bilməmiş atəşin gözlərindəki istiliyə
götür demiş; Ürəyim sənə hədiyyə...
Sarılmış odla su bir-birlərinə möhkəmcə, qopmamaycasına...

Zamanla su, buxar olmağa,
od, kül olmağa başlamış.
Ya özü yox olacaqmış, ya eşqi...
Başdan alınlarına yazılmış olan qədəri də
ürəyindəki kədəri də götürüb getmiş uzaq diyarlara su...

Od qızmış, atəş yandırmış meşələri...
Axtarmış suyu diyarlar boyu, günlər boyu, gecələr boyu
Bir gün gəlmiş, suya düşmüş yolu
Baxmış o duru gözlərinə suyun, bir az incik, bir az tündxasiyyət.
Və o an anlamış; aşan bəzən getmək olduğunu.
Amma getmənin itirmək olmadığını....
Od dayanmış, susmuş, sönmüş eşqiylə.
İşdə o zamandan bəridir ki: Od sudan, su atəşdən qaçar olmuş..

Odun ürəyini yalnız su,
Suyun ürəyini yalnız atəş götürər olmuş.

2 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta