25.01.2011
Hz Eli
36, Baku, Azerbaidzhan

Həzrəti Əli (ə) hədislər.

“Sənə ən yaxın olan düşmən öz nəfsidir.”

“Yəqin üzündən olan yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.”

“Bəsirət kor olanda gözün görməyi faydasızdır.”

“Tam bilmədiyin şeyi danışma.”

“Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.”

“Düşümnək kimi ibadət yoxdur.”

“Nadanlıq kimi yoxsulluq yoxdur.”

“Elm kimi şərəf yoxdur.”

“Çox mülayim olan kəs peşman olmaz.”

“Çox yeməklə sağlamlıq bir araya gəlməz.”

“Söyüş söyən adam kimi həyası yoxdur.”

“Günahdan pak olmaq kimi mürvvət (kişilik) yoxdur.”

“Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.”

“Din qardaşı ac olan halda mömin tox olmaz.”

“Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”

“Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

“Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən boş işlərdən çəkin.”

“Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”

“Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”

“Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”

“Göz korluğu bəsirət korluğundan yaxşıdır.”

“İşin savabı ona çəkilən əziyyət qədərdir.”

“İşi sonraya saxlamaq tənbəllik əlamətidir.”

“Əfv etmək vasitəsilə rəhmət nazil olar.”

“Gəncliyindən qocalmamış, sağlamlığından xəstələnməmiş istifadə et.”

“Xoş xasiyyət ruzini artırar.”

“Dua vasitəsi ilə bəla aradan qalxar.”

“İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”

“Dalaşanda barışığa yer qoy.”

“Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı itaətsizlik edilsin.”

“Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”

“Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”

“Mömin üçün ən qiymətli hədiyyə ölümdür.”

“Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”

“Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”

“Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”

“Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”

“Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”

“İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

“Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”

“Başqalarına eyib bildiyini özünə də eyib bil.”

“Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”

“Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”

“Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

“Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”

“Başqalarından bildiyin pis əməllərə görə göz yummaq ən şərəfli əməllərdəndir.”

“Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.”

“Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.”

“Sizlərin ən yaxşısı hal əhlinin sözüdür.”

“Oxların ən təsirlisi, məzlumun duasıdır.”

3 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta