19.04.2013
Gormek
32, Sumgayit, Azerbaidzhan

Orta yaşlı kişi və 25 yaşlı oğlu qatara minirlər, öz yerlərini tuturlar. Gənc oğlan pəncərə tərəfdə əyləşir. Qatar yola çıxır. Oğlan əlini pəncərədən çıxarır, birdən heyrətlə qışqırır:- Ata, bax, qatar getdikcə ağaclar geridə qalır.Ata cavabında gülümsəyir. Gənc oğlanın yanında 2 nəfər əyləşmişdi. Onlar təəccübləndi, 25 yaşlı insan özünü uşaq kimi aparırdı. Oğlan birdən yenə qışqırır:- Ata, bax, göl, heyvanlar... Buludlar qatarla bərabər hərəkət edir.İki nəfər yenə təəccüblənir. Yağış başlayır. Damcılar oğlanın əlinə dəyir. Oğlan sevinclə:- Ata, yağış yağır. Su əlimə dəyir. Görürsən, ata? İki nəfərdən biri dayanmayıb atadan soruşur:- Oğlunuzu niyə klinikaya müalicəyə aparmırsınız? Ata:- Biz elə indi klinikadan gəlirik. Oğlum bugün ilk dəfədir ki, göre bilir.

7 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta