Ümumi proqramlaşdırma dilləri haqqında
27, Krasnokam'yanka, Ukraine

 Ümumi proqramlaşdırma dilləri haqqında Program: Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardər. Yəni biz məsələni həll etmək üçün komputerdə proqram yazırıq. Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdərma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C,C++,Java,Smaltalk,Pascal,Visual Basic,Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər :Access,FoxPro,Paradox,XBase,Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir):Pascal,Basic,Fortran. Orta səviyyəli proqramlaşdırma dilləri:C,C++ Aşağı səviyyəli proqramlaşdırma dilləri:Assembly language Maşın dili:Ən aşağı səviyyəli dil olub 0 və 1 lərdən ibarətdir Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar: Prosedur proqramlaşdırma dilləri (Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++,C#,Java,Smaltalk ). Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır. Kompilyator olduqdan sonra biz öz proqramımızı mətn redaktorunda(Məsələn: Notepad) yaza bilərik. Lakin çox biz İDE yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə dillə desək,bizə bir mühit verilir,orda komponentlər olur və bunlardan istifadə edərək biz öz proqramımızı yazırıq.Və ən əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı çıxır. Learning programming is programming. Müasir proqramlaşdırma dilləri – hansı daha yaxşıdır? Müasir zamanda bir çox proqramlaşdırma dilləri və mühitlər mövcuddur. Bu da öz növbəsində texnologiyanı seçmək barədə qərar verməkdə çətinlik törədir. Bəs hansı texnologiyanı seçmək daha məqsədəuyğundur? Hansı proqramlaşdırma dilini öyrənmək daha vacibdir? Bəlkə də ilk baxışdan əsasən aşağı kurs tələbələri üçün bu sual mübahisəli görünür. Təcrübələr göstərir ki, hal-hazırda müasir proqramçı Pascal, C, C++, Perl, PHP, javascript, C# (Si Şarp), Java dillərinin hamısını bilməlidir. Belə bir sual verə bilərsiniz ki, “Nə üçün bu dillərin hamısını bilməliyik? Axı bu kifayət qədər böyük siyahıdır?”. Pascal dili tədris üçün ideal dildir. Əslində Pascal dili məhz bu məqsəd üçün yaradılmışdır. Alqoritmləri öyrənərkən Pascal dilində proqram yazmaqla məsələləri həll etmək çox rahatdır. Alqoritmlərin tərtib olunması qaydalarını, mövcud olan klassik alqoritmləri hər bir proqramçı bilməlidir (yeri gəlmişkən bu sahədə ən yaxşı kitablardan ikisinin adını demək istərdim: D.E.Knuth – Art of programming və Thomas H. Cormen,Charles E. Leiserson,Ronald L. Rivest – Introduction to Algorithms). Bir çox kitablarda alqoritmlərin realizasiyası psevdo-proqramlarla göstərilir. Psevdo-proqramlar sanki Pascal dilində yazılmış proqramlara bənzəyir. C proqramlaşdırma dili Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi (kernel) C dilində yazılmışdır. C++ dili C dilindən sonra Bern Straustrup(Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu da müasir proqramlaşdırmada ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində həm sistem üçün həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin C++-da verilənlər bazaları(database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ burasındadır ki, verilənlər bazaları ilə işləyən proqramların təyinatı bazada olan verilənlərlə işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki sürət daha çox verilənlər bazası idarə etmə sistemlərindən(DBMS – Database Management System) asılı olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir. Perl ilk olaraq mətnlərin manipulyasiyası üçün yaradılmışdır. Sonralar Perlin imkanları daha da genişlənmişdir. Hal-hazırda şəbəkə və sistem administratorlarının ən sevimli dillərindən biridir. Perl-dən veb proqramlaşdırmada(daha çox CGİ) da istifadə olunur. Lakin indiki zamanda veb-proqramlaşdırma üçün daha rahat vasitələr vardır. PHP dünyadakı bir çox veb-proqramçıların sevdiyi dildir. Diqqət yetirsək veb-saytların böyük bir hissəsinin yaradılmasında PHPdən istifadə edilmişdir. PHP öyrənməkdə çox rahat və genişimkanlı dillərdən biridir. Əsas təyinatı veb-proqramlaşdırmada istifadədir. Lakin son zamanlar digər sahələrdə də istifadə olunmağa başlayır. Lakin PHP vasitəsi ilə scriptləri yazarkən bəzi təhlükəsizlik tədbirlərini(SQL İnjection, Remote Code İnclusion, XSS və s.) mütləq nəzərə almaq lazımdır. Bu tədbirləri nəzərə almadıqda həmin skriptləri çox asan üsullarla sındırmaq mümkün olur. PHP 5 versiyası çıxdıqdan sonra PHP obyekt-yönümlü proqramlaşdırma dillərindən birinə çevrildi (əvvəllər OOP-un prinsiplərinə tam əməl olunmurdu). PHP-də yazılmış proqram serverdə icra olunur və yalnız nəticəsi klientə “göndərilir”. Lakin bəzən klient tərəfdə(client side) də proqramlaşdırmadan istifadə etmək məcburiyyətində qalırıq. HTML(HyperText Markup Language) isə adından göründüyü kimi yalnız işarələmə dilidir. HTMLin öz imkanları vasitəsi ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Bu cür hallarda javascript bizim köməyimizə çatır. Eyni təyinata malik digər bir texnologiya – VBScript də mövcuddur. Lakin VBScriptin bəzi imkanları məhduddur. javascript vasitəsi ilə HTML Səhifənin DOM modeli üzrə bir çox əməliyyatlar etmək, səhifədə interaktiv elementlər(menyular, düymələrin basılmasında dərhal reaksiyalar və s.) yaratmaq mümkündür. Veb-proqramlaşdırma sahəsində məşğul olanlar üçün AJAX (Asynchronous javascript and XML) texnikasını da bilmək vacibdir. Bəzən AJAXı ayrıca bir texnologiya və ya dil kimi qələmə verirlər. Lakin, AJAX javascript və XML-dən istifadə etməklə bir vasitədir. Sadaladığımız bu dillərin təyinatları əsasən ayrı-ayrı olduğuna görə onlar arasında konkurensiya bir o qədər hiss olunmur. Lakin Java və C# arasında böyük bir rəqabət vardır. Bir çox proqramçılar Javaya bəziləri C#-a üstünlük verirlər. Hər ikisininin özünə məxsus üstün cəhətləri vardır. Əslində onlara sadəcə olaraq dil kimi yox bir texnologiya kimi baxmaq lazımdır. Bu texnologiyalar vasitəsi ilə yaradılmış proqramlar ayrıca işləyə bilmirlər. Bu proqramlar birbaşa olaraq sizin kompüterdə yox virtual maşında işləyir. Bəs virtual maşın nədir? Virtual maşın – proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmən müraciətlərə kompüter kimi reaksiya göstərir. Bir sözlə kompüteri emulyasiya edir. Nəticə etibarı ilə Javada və C#-da yazılmış proqramları istənilən yerdə, istənilən arxitekturalı kompüterdə, istənilən əməliyyatlar(Operating System) sistemində işə salarkən eyni cür işləyəcək. Yəni proqram kompüterin heç bir fiziki vəziyyətdən asılı olmur. Həmən proqramın işləməsi üçün yalnız və yalnız onun işləyə biləcəyi virtual maşın lazımdır. Java üçün virtual maşın (JRE – Java Runtime Environment) bir çox əməliyyatlar sistemi və bir çox arxitekturalı kompüterlər üçün mövcuddur. JRE Sun şirkəti tərəfindən yaradılır. C#da yazılmış proqramın işləməsi üçün .NET Framework(dot net Freymvörk) lazımdır. .NET framework Microsoft şirkəti tərəfindən hazırlanır. Hal-hazırda yalnız Windows əməliyyatlar sistemi üçün olan versiyası mövcuddur. Lakin, .NET Framework-un klonu olan MONO Project adlı bir layihə mövcuddur və onun vasitəsilə yazılmış proqramlar bir çox əməliyyatlar sistemində işləyir. Deməli Java və C#-da proqram yazarkən, platforma haqqında fikirləşmirik və bu işimizi çox asanlaşdırır. Bundan əlavə bu texnologiyalar vasitəsilə bir çox VBİSlərə qoşulmaq üçün modullar mövcuddur. Bu da VBİS-i seçərkən bir çox məhdudiyyətləri aradan qaldırır. Digər üstünlüklərə tiplərin asan çevrilməsi, unicode dəstəyi, şəbəkələrlə iş və s. misal ola bilər. Beləliklə böyük sistemlər yaradarkən bu texnologiyaların tətbiqi daha məqsədəuyğundur. Çünki bu texnologiyalardan istifadə etməklə proqram yazarkən demək olar ki, məsələnin məğzindən başqa digər problemlərin “qayğı”sına qalmağa ehtiyac qalmır. Bir çox bank sistemləri, hava limanlarında qeydiyyat və s. sistemlərini yaradarkən proqramlaşdırma texnologiyası kimi bu texnologiyalara üstünlük verilir. Amma, aydındır ki, bu cür proqramlarda vaxt faktorunu nəzərə almaq çox nisbidir. Əslində bu o qədər də narahatçılığa əsas yaratmır. Məsələn bank sistemində hər hansı bir tranzanskiyanın 1 millisaniyə gec və ya tez yerinə yetirilməsinin bir o qədər də əhəmiyyəti olmur. Lakin, raketlərin idarə olunmasında, atom stansiyalarının idarə olunmasında, tibbi avadanlıqlar üçün yazılmış proqram təminatında 1 millisaniyə gecikmə və ya tələsmə insan həyatına bərabər ola bilər. Onun üçün də bu cür sistemləri heç vaxt Java və ya C# kimi texnologiyaların köməyi ilə yaratmaq olmaz. Beləliklə biz artıq ən aktual proqramlaşdırma dillərinin təyinatları barədə ilkin məlumatları bildik. Proqram məhsulu yaradarkən həmin məhsulun tələbatlarını nəzərə almaqla bu texnologiyalardan daha səmərəlisini seçmək lazımdır. Hansı proqramlaşdırma dilini öyrənməliyəm? Proqramlaşdırmaya yeni başlayanda elə bilirdim ki, təkcə Basic və Pascal proqramlaşdırma dilləri var. Başqa dil yoxdur. Basiclə məktəbdə oxuyanda tanış olmuşdum. O vaxt düzü nəsə xoşum gəlməmişdi. Birinci kursda oxuyanda isə Pascal öyrənməyə başladım. Sonra eşitdim ki, pascal dili üzərində Delphi adlı mühit qurulub. Delphini öyrənməyə başladım. Hər gün keçdikcə bir yeni proqramlaşdırma dilinin adını eşidirdim. Bu məni yorurdu. Axı mən hansı dili bilməliyəm? Belə suallarla çox adam müraciət edirdim. Mənə verilən cavablar müxtəlif olurdu. Riyaziyyatçılar deyirdi ki, proqramlaşdırma dilini bilmək boş şeydir. Əsas riyaziyyatdır. Bəziləri deyirdi ki, əsas alqoritmin tapmaq lazımdır dili hamı öyrənə bilər. Bəziləri deyirdi “flan” dili öyrən daha çox pul verirlər. O biri deyirdi sən nə danışırsan ” flan” dili həmişə yaşayacaq. Beləliklə hərə bir cavab verirdi. Indi isə özüm istiyirəm bir cavab yazım. Deməli hansı dili öyrənmək lazımdır? Wikipediaya baxsaz List of programming görərsiz ki, proqramlaşdırma dillərinin sayı həddindən artıq çoxdur. Kimsə müəyyən dili bəyənmiyib, özünə rahat bir dil yaradıb. Əslində hansı dili öyrənmək sualından çox, hansı məqsəd üçün öyrənmək sualı haqqında fikirləşmək lazımdır. Proqramlaşdırmanı şərti olaraq iki yerə bölək. Desktop proqramlaşdırma Web proqramlaşdırma Desktop proqramlaşdırma deyəndə sistem üçün yazılan proqramlar, drayverlər, müxtəlif biznes proqramlar, riyazi proqramlar və s bura daxil ola bilər. Amma mən əməliyyat sistemlərinə görə desktop proqramlaşdırmanı da üç yerə ayırmaq istərdim. Linuxda proqramlaşdırma Windowsda proqramlaşdırma Appleda proqramlaşdırma Qeyd: Indi dillərin çoxu cross platformdur, yəni bütün əməliyyatlar sistemlərində işləyirlər. Əgər linux mühitində işləyirsizsə və əgər linuxun nüvəsi (kernel) ilə məşğul olmaq istəyirsizsə, onda mütləq C dilin bilməlisiz. Linuxun nüvəsində həmçinin biraz assemblerdən istifadə olunub, assembleri də bilsəz onda lap əla olar. Əgər nüvə ilə işiniz yoxdursa, təkcə linuxda balaca scriptlər yazmaq istəyirsinizsə, onda bash script dili sizin işinizə yarıyacaq. Amma indi artıq scriptləri pythonda yazmağa üstünlük verirlər. Odur ki, python burda sizin əla köməkçiniz olacaq. Əgər linuxda proqram yazmaq istəyirsinizsə, onda C++, Java, Python, Ruby + Qt bunlardan birin və ya bir neçəsin bilmək lazım olacaq. Windowsa gəldikdə isə əgər windows applicationlar yazmaq istəyirsinizsə, onda Visual Studio sizə kifayət edəcək. Visual Studioda müxtəlif dillərdən istifadə etməyə imkan var, amma C# dili ən məsləhətlisidir.Yox, əgər visual studio və C# dan xoşunuz gəlmirsə, onda Java windows applicationlar yazmaq üçün əla seçimdir. Apple isə əsasən Cocoa frameworkundən istifadə olunur və dil kimi Objective-C istifadə olunur. Web proqramlaşdırmaya gəldikdə isə, Adil öz bloqunda bu haqda PHP-dən əvvəl… biraz məlumat verib.Bundan başqa siz asp.neti bilməklə də əla veb səhifələr yarada bilərsiz. Amma əgər evdə oturub, veb səhifə yığırsızsa, onda php ən məsləhətlisidir. Perl də bu yaxınlara kimi çox istifadə olunurdu, amma deyəsən yavaş-yavaş istifadəsi azalır və php onun yerini tutur. Bəzən isə sizə veb səhifənizə java appletlər qoymaq üçün Java da lazım ola bilər. javascripti isə veb proqramistin sağ əlidir. Yekun olaraq hansı dili bilmək lazımdır sualına birdə baxaq. C. Bir çox dillər (Java, C++, C# və s) öz sintaksisin bu dil əsasında qurublar. Bu dili bilməklə digər dillərə keçmək asan olacaq. PHP dili web səhifələr yaratmaqda sizə yaxından köməklik edəcək. C# dili windows applicationlar yazmaq üçün əla seçimdir. Java dili hesab edirəm sizə çox lazım ola bilər. Bütün platformaları dəstəkləyir. C#-a çox oxşuyur. javascript adından da göründüyü kimi script dilidir. PHP server hissədə işlədiyi halda, javascript client hissədə işləyir. Vebdə sizə çox lazım olacaq. Python dilinə tələbat hər gün keçdikcə biraz artır. Google bu dildən çox istifadə edir. Məsləhətlidir C++ əgər sistemlə oynamaq istəyirsinizsə, onda C++ bilmək yaxşı olardı. Yuxarıdakı dillərin hamısından çətindir. Ruby Yuxarıdakı dillərin hamısından az işlənsədə, hər gün keçdikcə Ruby məşhurlaşır. Vaxt olduqca, qurdalamaq olar. Deyəcəkisiniz ki, pascal qaldı axı? Pascal dili təzə başlıyanlar üçün yaxşıdır, amma sonra heç kimə lazım olmur. Pascal dili olimpiyada da lazım ola bilər. Bir də asan olduğu üçün onu universitetlərdə keçirlər. Mən isə pascala vaxt itirməyi məsləhət görməzdim. Bir şey də qeyd edim. Dil bilmək hələ başlanğıcdır. Riyazi dillə desək proqramist olmaq üçün proqramlaşdırma dilini bilmək zəruridir, amma kafi deyil.

6 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta