Nağıl idimi eşqimiz?
25, Sumgayit, Azerbaidzhan

nə üzünü görmək istəyərəm nə də salam ver mənə xatirələrim də artıq yer yox sənə hüzn qatarında yer ayırtdım yolçu faktoru istəmərem gəlmə stansiyaya geridə qalan xatirələrlə qal baş-başa gündəliyində izah edərsən yaşananları tozlu səhifələr arasında dilə gəlir sözlər oxucusan gözyaşlarınla bir gün izah edərsən eşq nağılını uzun qış gecələrində yoldaş olar sənə hər nağılın sonu gözəl bitməz göydən üç alma düşməz deyə bilməzsən biri mənə təxirə salınar her sey qalar başqa bahara küsərsən talehə qəhr edərsən yaşananlara tək təsəllin olar içdiyin hər bir qədəh dinlədiyin mahnılarda dərman olmaz dərdinə bax o zaman üsyan edər vurarsan şüşənin dibinə gözlərindən axan yaşlar da dindirməz ağrını yaşadıqların alt-üst etmişdir həyatını unudaram desən də aldadarsan özünü iki damla gözyaşı ələ verər səni o gedərkən yanında aparmışdır mənliyini bax o zaman anlarsan nələr itirdiyini ...

6 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta