Səhər TV-- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan
Respublikasını insan haqları baxımından Zimbabveyə bənzədməsi rəsmi
Bakını narazı salıb. Hillari Klintonun ABŞ Dövlət Departamentinin
rəsmi saytında yerləşdirilən bəyanatında deyilir ki, Azərbaycandan
tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini
ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda
saxlanılır. Azərbaycan Respublikası hakimiyyətinin Klintona
cavabında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov deyib: "ABŞ Dövlət Departamenti erməni təcavüzünün
qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün
hüquqlarının pozulması məsələsinə tamamilə etinasızlıq göstərir."
Prezident
Administrasiyasının rəsmisi sual edib: "Əgər insane haqları Birləşmiş
Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət
Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində
doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi
köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək
olar? " Novruz Məmmədov əlavə edib : "Yəqin ki, dövlət katibi üçün bu
çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında
danışanda ingilis əlifbasının məntiqinə əsaslanıblar. Lakin ya onlar bu
əlifbanı pis öyrəniblər. Çünki, ən azı həmin əlifbaya görə Azərbaycandan
əvvəl Ermənistanın adı çəkilməli idi. Ya da biz ABŞ-ın xarici
siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik." Novruz
Məmmədov deyib : "Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların
Ermənistana qeyri-təbii sevgisi var. Hətta Ermənistanda seçkilər kobud
şəkildə saxtalaşdırılanda buna etiraz edənlərin qovulması zamanı 30
nəfər öldürüləndə də ABŞ tamamilə susmuşdu. Hətta Ermənistan
həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün
KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaq. Belə
təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi
öhdəlikləri var və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri
yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində
isə yalnız müsbət rəy bildirməyə məcbur edir". Azərbaycan
Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin
müdiri ABŞ-ın daxilində insane haqlarının pozulmasına toxunmayıb.
Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!